Modern.az

Ukrayna Moskva ilə dialoqun şərtlərini açıqladı

Ukrayna Moskva ilə dialoqun şərtlərini açıqladı

Təhsil

28 May 2014, 01:00

Ukrayna Rusiya ilə dialoq aparmağa yalnız Moskva Donbasda situasiyanın stabilləşməsinə töhfə verdikdən sonra hazırdır.

Musavat.com-un Ukrayna KİV-ə istinadən verdiyi məlumata görə belə bir açıqlama ilə Ukrayna XİN-in İnformasiya Siyasəti Departamenti direktoru Yevgeni Perebeynis çıxış edib.   

“Bizim mövqeyimiz kifayət qədər dəqiqdir: biz Rusiya ilə dialoqa hazırıq. Ancaq Rusiya Ukraynada vəziyyətin sabitləşməsinə töhfə verməlidir”.  

Onun sözlərinə görə, Kreml Ukrayna ilə dialoqa başlamamaq üçün hər cür bəhanə axtarır.

Qeyd edək ki, az öncə baş nazir Arseniy Yatsenyuk Moskva ilə yalnız Avropa Birliyinin nümayəndələri vasitəsilə danışıqlar aparıla biləcəyini söyləyib.  

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu