Məşhur pornoaktrisa Nikki Bens Kanadanın ən böyük şəhərlərindən olan Torontoda keçirləcək mer seçkilərində iştirak etmək üçün öz namizədliyini irəli sürüb. Modern.az bildirir ki, “odlu hisslər kraliçası” böyük qalmaqalla postundan gedən Rob Fordu əvəz etmək niyyətinə düşüb. Pornoaktrisanın seçki şüarı “Fordu Bensə dəyiş” sloqanıdır. Bununla yanaşı Nikki Bens üçün bəzi problemlər çıxıb. Belə ki, aktrisa qeydiyyat üçün lazımi sənədləri toplamaqda çətinliklərə üzləşib. Şəxsiyyət vəsiqəsi əvəzinə o, vaxtı keçmiş sürücülük vəsiqəsini təqdim edib.
Xatırladaq ki, eks mer Ford 2013-cü ildə narkotik və alkoqolla bağlı qalmaqalla üzləşib. O etiraf edib ki, qanunla qadağan olunmuş narkotik maddələr alıb və istifadə edib. Bundan sonra onu vəzifədən uzaqlaşdırıblar.
Modern.az