Modern.az

Azərbaycanlı partizan haqqında bədii film çəkilir - FOTOLAR

Azərbaycanlı partizan haqqında bədii film çəkilir - FOTOLAR

31 May 2014, 12:29

Azərbaycanın tanınmış rejissoru Elxan Cəfərov Böyük Vətən Müharibəsi zaman; Belarusda partizan dəstəsində qəhrəmanlıq göstərmiş soydaşımız haqqında bədii film çəkir. Modern.az saytı bildirir ki, Brest yaxınlığında baş vermiş real hadisə əsasında çəkilən filmə MDB ölkələrinin aktyorları cəlb olunub. Filmi Azərbaycanın qəhrəman oğlu Abdullayev haqqındadır. Böyük Vətən Müharibəsi illərində Abdullayev Belarus ərazisində vuruşub.                        

Baş rolu Azərbaycanın əməkdar artisti Şamil Süleymanov oynayır. Filmdə qələbə günü qeyd edildikdən az sonra Brest yaxınlığında Dubitsa dəmiryolu stansiyasına hücum çəkən faşistlərin orada partlayıcı maddələr yerləşdirməsindən və bundan sonra baş verən hadisələrdən danışılır. Canlı dekorasiyalar fonunda çəkiliş aparmaq üçün çəkiliş qrupu 3 min kilometrdən artıq məsafə qət etməli olub. Kadrlarda belarus, azərbaycanlı, rus, gürcü və erməni aktyorları iştirak edir.

“Biz filmdə meşələrdə döyüşmüş partizan dəstəsindəki azərbaycanlı haqqında danışacağıq. Onun nə hiss etdiyini mən anlayıram. Abdullayev çox nəcib, xeyirxah insanlarla əhatə olunmuşdu. Buna görə konkret insanlara görə vuruşurdu”-deyə Elxan Cəfərov bildirib.
Brestdəki çəkilişdən sonra filmin yaradıcı heyəti Minsk vilayətinə keçəcək. Vileykda şəhərində çəkilişlər aparılacaq. Filmin təqdimat mərasiminin 2015-ci ilin mayında keçirilməsi planlaşdırılır.     

Xatırladaq ki, Elxan Cəfərov Qarabağ müharibəsindən bəhs edən “Dolu” filminin də quruluşçu rejissorudur.








Modern.az
   
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu