Modern.az

İlham Əliyev İsveçrə Prezidentini qəbul edib

İlham Əliyev İsveçrə Prezidentini qəbul edib

2 İyun 2014, 11:07


Azərbaycan Prezidenti İlham Əliyevin və İsveçrə Prezidenti Didye Burkhalterin təkbətək görüşü olub.

Modern.az xəbər verir ki, iyunun 2-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İsveçrə Konfederasiyasının Prezidenti Didye Burkhalterin təkbətək görüşü olub.
Görüşdə ikitərəfli münasibətlərin siyasi, iqtisadi və digər sahələrdə uğurlu inkişafından məmnunluq ifadə olundu. Qarşılıqlı görüşlərin və səfərlərin əhəmiyyəti qeyd edildi.

Ölkələrimiz arasında iqtisadi əməkdaşlığın və qarşılıqlı investisiya qoyuluşunun daha da genişləndirilməsi üçün yaxşı imkanların olduğu bildirildi.
İsveçrə Konfederasiyasının Prezidenti Didye Burkhalterin Azərbaycana rəsmi səfərinin ikitərəfli münasibətlərin genişlənməsi baxımından əhəmiyyəti vurğulandı.

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu