Modern.az

Poroşenko Çexiyaya dəvət edildi

Poroşenko Çexiyaya dəvət edildi

2 İyun 2014, 11:44


Ukraynanın yeni seçilmiş prezidenti Pyotr Poroşenko Çexiyaya dəvət edilib. Modern.az  xəbər verir ki, Çexiya prezidenti Miloş Zeman ölkəsinin ictimai kanalına müsahibəsində  P.Poroşenkonu Praqaya dəvət etdiyini açıqlayıb.

Çex prezident Ukraynada vətəndaş müharibəsinin alovlanmasının Rusiya üçün sərfəli olduğunu da bildirib. Onun sözlərinə görə bununla Rusiyanın müdaxilə imkanları arta bilər.  

O, Avropa İttifaqının Ukrayna böhranı istiqamətindəki addımlarını kritik adlandırıb. Çexiya rəhbəri Avropa İttifaqını çox şey edə bilməməkdə ittiham edib.  

Aqşin Kərimov

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu