Modern.az

Azərbaycanda xarici diplomların tanınması payızadək təxirə salınıb

Azərbaycanda xarici diplomların tanınması payızadək təxirə salınıb

Təhsil

2 İyun 2014, 16:45

Azərbaycanda nostrifikasiya (xarici diplomların tanınması və ekvivalentliyinin müəyyən edilməsi) ilə əlaqədar sənədlərin qəbulu müvəqqəti olaraq dayandırılıb.

Təhsil Nazirliyindən Modern.az xəbər verir ki, buna səbəb ali təhsil müəssisələri yayda tətilə çıxdıqları üçün xaricdə təhsil alanların diplomlarının təsdiqlənməsi sentyabrın 1-dək təxirə salınıb.

Bu müddət ərzində yalnız həqiqi hərbi xidmətdə olan, dövlət xətti və Dövlət proqramı çərçivəsində təhsil alan, habelə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına sənəd təqdim edən vətəndaşların ərizələri qəbul olunur.

Qeyd edək ki, ümumi qaydada sənəd qəbulu isə sentyabrın 1-dən bərpa olunacaq.

Rafiq Qənbərov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu