Modern.az

Xomeyninin nəvəsi Jirinovskinin dəvəti ilə Moskvaya gəlib

Xomeyninin nəvəsi Jirinovskinin dəvəti ilə Moskvaya gəlib

3 İyun 2014, 11:56

Rusiya Dövlət Dumasının binasında Liberal-Demokrat Partiyasının sədri Vladimir Jirinovskinin rəhbərliyi ilə İran islam Respublikasının yaradıcısı Xomeyninin vəfatının ildönümünə həsr olunmuş “İmam Xomeyninin ruhani irsi: Vəfatının 25 ili” mövzusunda iclas keçiriləcək. Modern.az saytı bildirir ki, tədbirdə iştirak etmək üçün İran inqilabnının liderinin nəvəsi  höccətülislam Yasər Xomeyni Moskvaya gəlib.

İclasda Xomeyninin islam inqilabında rolu və dövlətin sonrakı inkişafı haqqında müzakirələr aparılacaq. Eyni zamanda Rusiya-İran münasibətləri nəzərdən keçirləcək.

Dövlət Dumasında keçirlən iclasda İranın Rusiyadakı səfiri Mehdi Sənai, Rusiya Xarici İşlər Nazirliyinin rəsmiləri, Elmlər Akademiyasının nümayəndəri iştirak edəcək.

X.SƏFƏRLİ

 

Sizə yeni x var
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu