Modern.az

“Azadlıq” qəzeti: “Təklif etdik “Qasid” bizə olan borcdan müəyyən hissəni nəşriyyata köçürsün”

“Azadlıq” qəzeti: “Təklif etdik “Qasid” bizə olan borcdan müəyyən hissəni nəşriyyata köçürsün”

3 İyun 2014, 12:26



““Azərbaycan” Nəşriyyatı “Azadlıq” qəzetinin çapının dayandırılması ilə bağlı qərar verməyib. Qəzet nəşriyyata çox cüzi məbləğdə ödəniş edib ki, bu da ancaq mətbəə kağızı pulu həcmindədir. Amma bütövlükdə o borcu bağlamaq imkanlarımız yoxdur. Çünki alacağımız yer ancaq “Qasid”dir. “Qasid” firmasının “Azadlıq”a borcu qəzetin nəşriyyata olan borclundan 5 dəfə çoxdur”.
Bunu Modern.az-a açıqlamasında “Azadlıq” qəzetinin redaktoru Sücəddin Şərifov deyib.
““Qasid” fiması da, “Azərbaycan” Nəşriyyatı da dövlət qurumlarıdır. Hətta təklif etmişdik ki,  “Qasid”in qəzetə olan 70 min manat borcundan müəyyən hissə nəşriyyatın hesabına köçürülsün. Amma buna da əhəmiyyət verilmir. Ona görə də problem hələ olduğu kimi qalır”.

Qeyd edək ki,  “Azərbaycan” Nəşriyyatı “Azadlıq” qəzetinə iyunun 1-nə qədər möhlət vermişdi. Həmin vaxta qədər “Azadlıq”ın Nəşriyyata olan borcu ödənməsə, qəzetin çapının dayandırılacağı bildirilmişdi. Qəzetin 17018 manat – çap, habelə kommunal xərclərinə görə 982 manat, cəmi isə 18000 manat debitor borcu yaranıb. 

Misranə Həsənzadə      
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu