Modern.az-ın Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına (TQDK) istinadən verdiyi məlumata görə, ali təhsil müəssisələrinin magistratura səviyyəsinə aparılan ixtisaslaşma seçiminin vaxtı iyunun 4-dək uzadılıb.
2014-cü ildə magistraturaya keçirilən qəbul imtahanının iki mərhələsinin nəticələrinə əsasən ixtisaslaşma seçimində iştirak etmək üçün müsabiqə şərtlərini ödəyən bakalavrlar göstərilən vaxtadək ixtisas seçimini etməlidirlər. Müsabiqəyə yalnız “Bakalavrın elektron ərizəsi”ndə ixtisaslaşmaları seçmiş və təsdiq etmiş bakalavrlar buraxılacaqlar. Qeyd edək ki, ali təhsil müəssisələrinin magistratra səviyyəsinə internet vasitəsilə ixtisaslaşma seçimi 2014-cü il mayın 29-dan iyunun 1-dək aparılırdı. TQDK bundan əvvəl ixtisaslaşma seçiminin vaxtını iyunun 3-dək uzatmışdı.