Modern.az

Türkiyədə daha bir mədən ÇÖKDÜ

Türkiyədə daha bir mədən ÇÖKDÜ

3 İyun 2014, 15:36


Türkiyənın Şırnak vilayətində yerləşən kömür mədəni çöküb. Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Şırnakın Toptəpə kəndi yaxınlığında kömür mədəninin çökməsinin səbəbləri bəlli deyil. İlkin məlumatlara görə 1 nəfər dağıntılar altında qalıb. Hadisə yerinə xilasedicilər cəlb olunub.

Qeyd edək ki, bir müddət öncə Türkiyənin Manisa vilayətinin Soma qəsəbəsindəki kömür mədənində qəza olmuşdu. Hadisə nəticəsində 301 nəfər həyatını itirmişdi.

Modern.az


 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu