Modern.az

Allahşükür Paşazadə:”Kipr türkləri ilə qardaşlıq əlaqələri daha da gücləndirilməlidir”

Allahşükür Paşazadə:”Kipr türkləri ilə qardaşlıq əlaqələri daha da gücləndirilməlidir”

3 İyun 2014, 16:20


İyunun 3-də Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Şimali Kipr Türk Cümhuriyyətinin Bakı təmsilçisi Sadəddin Topukçunu qəbul edib. QMİ-nin mətbuat xidmıətindən Modern.az-a verilən məlumata görə, QMİ sədri Kipri türk dünyasının bir parçası, kiprliləri türkdilli qardaş xalq kimi dəyərləndirdiyini bildirib, Türkiyə dövləti ilə Azərbaycan arasında mövcud qardaşlıq əlaqələrinin Kiprə də sirayət etdiyini diqqətə çatddırıb.

Şeyxülislam A. Paşazadə Azərbaycan və Kipr türkləri arasında qardaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsi istiqamətində  səylərin vacibliyini diqqətə çatdırıb. Keçirilən beynəlxalq dinlərarası tədbirlərdə Azərbaycan və Kipr nümayəndələrinin qarşılıqlı şəkildə iştirakı bu işə öz töhfəsini verə biləcəyini diqqətə çatdırıb. Şeyxülislam A. Paşazadə Kiprdə iştirak etdiyi konfranslar, habelə Kiprin mərhum lideri Rauf Denktaşla görüşü barədə xatirələrini dilə gətirib, Kipr xalqına və rəhbərliyinə ən xoş arzularını yetirib.

Qardaş Azərbaycanda təmsilçi olmaqdan şərəf duyduğunu bildirən Kiprin təmsilçisi S. Topukçu Şeyxülislam A. Paşazadəni tanınmış, nüfuzlu dini lider kimi yuksək dəyərləndirdiklərini bildirib, onu Kiprdə gedən inkişaf prosesləri barədə məlumatlandırıb, Azərbaycan və Kipr xalqları arasında qardaşlıq münasibətlərinin, mənəvi əlaqələrin inkişaf etdirilməsini arzuladıqlarını vurğulayıb.

Görüşün sonunda xatirə hədiyyələri təqdim olunub.

Modern.az

 
Sizə yeni x var
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu