Modern.az

Rusiyada deputatlar və məmurlar hərbi təlimə ÇAĞIRILDILAR

Rusiyada deputatlar və məmurlar hərbi təlimə ÇAĞIRILDILAR

3 İyun 2014, 16:48

Rusiyada  genişmiqyaslı və dövlət məmurlarının iştirakı ilə məşq xarakterli hərbi təlimlər başlanır. Modern.az rus mətbuatına istinadən xəbər verir ki, 3 gün ərzində 400-dən artıq deputat, senator, Mərkəzi Seçki Komissiyası üzvü, Hesablama Palatası və nazirliklərin aparat nümayəndələri mühazirələr dinləyəcək və bundan başqa öz fiziki hazırlıqlarını nümayiş etdirəcəklər. Təlimlərə Rusiyanın Müdafiə naziri Sergey Şoyqu rəhbərlik edir.

Rusiya Baş Qəragahının Hərbi Akademiyası, Mərkəzi Ordu İdman Klubu və Alabino poliqonu təlimlərin keçiriləcəyi əsas ərazilər olacaq. Son illərin ən geniş hərib toplanışını Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski müsbət dəyərləndirib. “Belə toplanışlar lazımlıdır! Hərbi təlimlərdə iştirak bizə imkan verir ki, yüksək fiziki hazırlıq vəziyyətində olaq. Bu bizim yalnız xeyrimizədir”- deyə Dövlət Dumasının vitse-spikeri mətbuata açıqlamasında bildirib. “Şərait əsl hərbi şəraitdir. Həm qidalanmada, həm səhər yuxudan durma komandası, həm də günün nbizam qaydalarında istər polkovnik ol, istərsə də general heç bir güzəşt olmayacaq. Hərbi düşərgənin, hərbi hissənin və sadəcə kazarmanın mühitini duymaq, hiss etmək özü insan bəs edir. Mənim təlimlərdə vəzifəm təbliğat mütəxəssisidir. Bu işdə əsas düşmənin və onun psixologiyasının öyrənilməsidir”-deyə Jirinovski bildirib.     Modern.az  
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu