Prezident İlham Əliyev “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu təsdiqləyib.
Modern.az saytının məlumatına görə, 2015-ci il dekabrın 1-dən qüvvəyə minəcək bu qanunla Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin verilməsinə və ya dəyişdirilməsinə görə rüsumlar aşağıdakı kimi dəyişəcək:
14.3. Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin verilməsinə və ya dəyişdirilməsinə görə: |
|
14.3.1. on gün müddətində verildikdə və ya dəyişdirildikdə | 5 manat |
14.3.2. üç iş günü müddətində verildikdə və ya dəyişdirildikdə | 25 manat |
14.3.3. bir iş günü müddətində verildikdə və ya dəyişdirildikdə | 35 manat |
Modern.az