Modern.az

Arif Hacılı: “Heç kəs mənə “Elçibəyi meydanda tək qoydunuz” deməsin!”

Arif Hacılı: “Heç kəs mənə “Elçibəyi meydanda tək qoydunuz”  deməsin!”

5 İyun 2014, 09:59


Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri, Xalq Cəbhəsi hakimiyyəti dövründə Prezident Aparatı Ərazi idarəetmə orqanları ilə iş şöbəsinin müdiri olmuş Arif Hacılı gündəmin əsas müzakirə mövzusu olan 4 iyun qiyamı haqda danışıb. A.Hacılı Facebook-da onu ittiham edənlərə belə cavab verib:

“Elçibəy hökumətinin hər bir üzvü 4 iyun qiyamının yatırılmamasına görə məsuliyyət daşıyır.Lakin qiyamın yatırılmasına heç bir cəhd göstərilməməsi,Elçibəyin meydanda yalnız buraxılması barədə ittihamları qəbul edə bilmərəm.
Gəncə qiyamı barədə ilk məlumatı Gəncə şəhər icra hakimiyyətinin başçısı Elxan Qədimovdan aldım.Məlumatı həmin vaxt Daxili İşlər Nazirliyində olan Pənah Hüseynlə dəqiqləşdirdikdən dərhal sonra Gəncəyə yola düşdüm. Bir neçə saat ərzində Gəncə ətrafına topladığım,hökumətə sadiq silahlı qüvvələr arasından şəxsən seçdiyim hərbiçilər vasitəsi ilə Gəncə şəhərinin girəcəyindəki Zazalı kəndində blok post qurdum.Qiyamın ən dəhşətli ilk iki günü ərzində bu blok postdan bu üzə bir quş da uça bilmədi.

709 cu briqadanın komqndiri Eldar Əliyev blok posta gələrək irəliyə hərəkət etməməyimiz üçün bizə yalvarırdı.
Həmin vaxt Daxili Qoşunların komandanı Fəhmin Hacıyev,İcra hakimiyyəti başçıları və batalyon komandirləri olan Maşallah Abdullayev və Sərdar Həmidov,rəhbərlik etdiyim Ərazi İdarəetmə Üzrə Dövlət Müşavirliyinin məsul işçiləri Əfruz Niftili,Tapdıq Fərhadoğlu və başqaları da mənimlə birlikdə qiyamın Gəncədən ölkənin digər ərazilərinə yayılmasının qarşısını almaq missiyasını həyata keçirirdilər.Heç təsadüfi deyildi ki. Gəncə şəhər meydanındakı mitinqlərdə qiyamın ideoloqları Gəncəbasar regionunda televiziyada birbaşa yayımlanan çıxışlarında İsa Qəmbər və Pənah Hüseyinin istefasını. Arif Hacılnın isə öldürülməsini tələb edirdilər.
Yalnız Bakıdan verilən yanlış qərar əsasında Zazalı blok postu Goranboy rayonunun içərilərinə doğru geri çəkildi,qiyam əvvəlcə Gəncəətrafı rayonlara sonra isə bütün respublika ərazisinə yayıldı...
İyunun 15 də Elçibəyin prezident kimi Bakı şəhərində, prezident aparatının qarşısındakı mitinqdə son çıxışı zamanı da, iyunun 16 da prezident aparatında Elçibəyin keçirdiyi,artiq Heydər Əliyevin parlament sədri kimi iştirak etdiyi son müçavirəsində də Elçibəyin yanında olmuşam.Bir içtirakçı kimi yox,Elçibəyin mövqeyinin əsas müdafiəçisi, ona hücum edənlərin əsas opponenti kimi... İyunun 24 nə Heydər Əliyev 1 saylı fərmanı ilə məni vəzifəmdən rəsmən azad edənədək də, sonrakı dövrlərdə də görəvimizin başında, legitim Elçıbəy hakimiyyətinin keşiyində durduq.
Ona görə də heç kəs mənə -Elçibəyi meydanda tək qoydunuz - deməsin!”.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu