Ali təhsil müəssisələrinin magistratura səviyyəsinə aparılan ixtisas seçimi başa çatıb. Modern.az-ın Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına (TQDK) istinadən verdiyi məlumata görə, ixtisas seçiminin nəticələrinin bu gün axşam saatlarına kimi elan olunması nəzərdə tutulur. Bakalavrlar öz nəticələri ilə TQDK-nın internet saytında və ya iş nömrəsini 7727 nömrəsinə göndərməklə tanış ola biləcəklər. Qeyd edək ki, nəticələrin elan olunmasına dair ilkin məlumatlar TQDK-nın facebook səhifəsində veriləcək.
Misranə Həsənzadə