Modern.az

Temperatur yenidən yüksələcək

Temperatur yenidən yüksələcək

5 İyun 2014, 13:36

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə,  iyunun 6-da Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu hava şəraiti hökm sürəcək. Hava əsasən yağmursuz olacaq, cənub-şərq küləyi əsəcək.

Bakıda və Abşeron yarımadasında iyunun 6-da havanın temperaturu 16-21, gündüz 27-32 dərəcə isti olacaq.

Azərbaycanın əksər rayonlarında hava əsasən yağmursuz keçəcək, lakin bəzi dağlıq ərazilərdə şimşək çaxacaq, qısamüddətli yağış yağacaq, şərq küləyi əsəcək.

Aran rayonlarında gecə 16-21, gündüz 28-33, dağlarda gecə 7-12, gündüz 19-24 dərəcə isti olacaq.

 

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu