Modern.az

Zərdüşt Əlizadə Gürcüstanda erməni ekspertlərlə görüşüb - FOTOLAR

Zərdüşt Əlizadə Gürcüstanda erməni ekspertlərlə görüşüb - FOTOLAR

5 İyun 2014, 14:00


Politoloq Zərdüşt Əlizadə Gürcüstanın Marneuli rayonun Təkəli kəndində “Cənubi Qafqazda təhlükəsizlik məsələləri” adlı tədbirdə iştirak edib. Modern.az xəbər verir ki, tədbir “xalq diplomatiyası” çərçivəsində baş tutub. Seminarda Azərbaycan, Gürcüstan və Ermənistandan olan ekspertlər iştirak ediblər. Görüşdə Dağlıq Qarabağ münaqişəsi ətrafında da fikir mübadiləsi aparılıb.

Erməni ekspert Samval İsraelyan bildirib ki, Gürcüstan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həmişə bitərəf mövqeyini saxlayıb.  

Politoloq Zərdüşt Əlizadə Modern.az-a may ayının axırlarında belə bir görüşün olması barədə məlumat verib. Onun sözlərinə görə, tədbirdə Azərbaycandan 15 nəfərə yaxın şəxs iştirak edib. Onun fikrincə, bu cür görüşlər çox maraqlı formatdır.  

Qeyd edək ki, Təkəli kəndində belə görüşlər dəfələrlə keçirilib və Azərbaycandan olan ekspertlər də iştirak ediblər.

Onu da xatırladaq ki, “Ayna-Zerkalo” qəzetinin dövlətə xəyanətdə ittiham olunan Rauf Mirqədirovun həbsindən Azərbaycan rəsmi dairələri “xalq diplomatiyası”nın təhlükəli tendensiyaya çevrildiyini vurğulayıblar.



Aqşin Kərimov

 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu