
Azərbaycanda ev elanları ilə bağlı yeni sayt fəaliyyətə başlayıb.
Modern.az xəbər verir ki, dörd dildə fəaliyyətə başlayan evaxtar.az adlı saytda ev elanlarını pulsuz yerləşdirmək mümkündür. Məlumata görə, sayt dizayn olunarkən elan yerləşdirmə proseduruna özəl diqqət verilib və texniki baxımdan elə qurulub ki, əmlakçılar və ya sıravi vətəndaşlar öz elanını çox asan, pulsuz olaraq sayta yerləşdirə bilirlər.
Məlumata görə, saytda elan yerləşdirmə yalnız indi deyil, gələcəkdə də pulsuz olacaq. Sadəcə əlavə banner yerləşdirmə və ya VİP elanlar istifadəçinin istəyindən aslı olaraq pullu nəzərdə tutulub.
Bir sözlə, ev alanlar və ya satanlar, kirayə verənlər və ya axtaranlar üçün evaxtar.az saytı tribuna rolunu oynayaraq əmlak bazarına daxil olub.