Modern.az

Akademiyada yeni təyinatlar oldu

Akademiyada yeni təyinatlar oldu

5 İyun 2014, 16:47

AMEA İdarəetmə Sistemləri İnstitunda Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin növbəti iclası keçirilib.

Modern.az xəbər verir ki, iclasda elmlər doktoru və fəlsəfə doktoru hazırlığı üzrə doktorantura və dissertanturaya qəbul haqqında qərar qəbul edilib.

Tədbirdə, həmçinin fizika üzrə fəlsəfə doktoru Rəvan Mehdiyevanın Radiasiya Problemləri İnstitutunun elmi işlər üzrə direktor müavini, fizika üzrə fəlsəfə doktoru İbrahim Qabulovun RPİ-nin beynəlxalq əlaqələr üzrə direktor müavini, fizika üzrə fəlsəfə doktoru Musa Nuriyevin RPİ-nin elmi katibi vəzifələrinə təsdiq olunublar.

Elmin Nuri

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu