Modern.az

Bakıda 10 nəfərin yaralandığı avtobus qəzasına görə cinayət işi açıldı

Bakıda 10 nəfərin yaralandığı avtobus qəzasına görə cinayət işi açıldı

5 İyun 2014, 17:30

Bakı şəhər prokurorluğu və Baş Polis İdarəsi iyunun 5-də baş vermiş avtobus qəzası barədə birgə məlumat yayıb.
Modern.az xəbər verir ki, birgə məlumata görə, bu gün saat 10 radələrində paytaxtın Nizami rayonu ərazisində Əliyev Elnur İlqar oğlunun idarə etdiyi 1 saylı marşurut xətti üzrə hərəkətdə olan “Daewoo” markalı sərnişin avtobusu, Əliyev Elnur Elman oğlunun idarə etdiyi 36 saylı marşurut xətti uzrə hərəkətdə olan “İsuzu” markalı sərnişin avtobusu və Həsənov Müşviq Zaur oğlunun idarə etdiyi “VAZ 2107” markalı avtomobil toqquşub.
Baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində 36 saylı sərnişin avtobusunun sürücüsü Elnur Əliyev, həmin avtobusun sərnişinləri Tural Mehdiyev, Güloğlan Sultanov, Mirhəsən Babayev, Nail Mahmudov, Qurban Dəmirçiyev, Rasim Qəhrəmanov, Sehran Həsənova, Yeganə Bağırova və Əli Əlizadə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Zərərçəkmişlərdən E.Əliyev, T.Mehdiyev, G.Sultanov və M.Babayev aldığı xəsarətlərlə bağlı xəstəxanaya yerləşdirilib, digərilərinə isə ilkin tibbi yardım göstərilərək evə buraxılıb.

Faktla bağlı Nizami rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.1-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib və digər zəruri istintaq hərəkətləri yerinə yetirilib.

Hazırda iş üzrə istintaq davam etdirilir.

Modern.az

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu