Modern.az

“Böyük İpək Yolu” “Nə? Harda? Nə vaxt?” intellektual yarışmasını keçirir

“Böyük İpək Yolu”  “Nə? Harda? Nə vaxt?” intellektual yarışmasını keçirir

5 İyun 2014, 22:17

İyulun 5-də "Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqının və Azərbaycan intellektual oyunları klubunun dəstəyi ilə “Bakının Birİncisi–2014” YUBİLEY” adlı növbəti “Nə? Harada? Nə Zaman?” intellektual  festivalı keçirləcək. Bu barədə Modern.az-a təşkilatın mətbuat xidmətindən bildirilib.

Layihənin baş koordinatoru Ayan Bəşirzadənin sözlərinə görə, iştirak üçün ərizələrin qəbuluna artıq başlanıb və iyunun 20-nə kimi davam edəcək. Turnirdə iştirak üçün yaş həddi 29-dur. 1984-cü il tarixində anadan olmuş 30 yaşı iyulun 5-dən tez olmayaraq tamam olmuş şəxslər müraciət edə bilərlər.                     

Qeyd edək ki, ərizədə komandanın adı, iştirakçıların adı, soyadı, təvəllüdü və əlaqə telefonları qeyd olunmalıdır. İştirak ərizəsi ilə birgə şəxsiyyət vəsiqəsinin surəti tələb olunur. Bütün ərizələr [email protected]  ünvanına göndərilməlidir. 

Xatırladaq ki, “Bakının Birİncisi” yarışması– 2010” adlı “Nə? Harada? Nə Zəman?” gənclərarası yarışması 13 Fevral 2010-cu ildə, “Bakının Birİncisi 2011” 16 Aprel 2011 ildə, “Bakının Birİncisi 2012” 12 may 2012-ci ildə keçirilib, Bakının Birİncisi 2013” isə 05 iyul 2013-cü ildə keçirilib. 

Bu turnir Rusiyanın Beynəlxalq Klublar Assosiasiyasında qeydiyyata alınıb.

Modern.az  
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu