Parisdə Rusiyanın xarici işlər naziri Sergey Lavrovla ABŞ dövlət katibi Con Kerri arasında görüş baş tutub. Modern.az bildirir ki, Rusiya XİN-nin rəhbəri Avropa İttifaqının və Vaşinqtonun Ukrayna böhranı ilə bağlı mövqeyinidən narazılığını ifadə edib. “Son dövrlər ABŞ və Avropa Birliyi tərəfindən atılan addılmar Ukrayna ilə bağlı konstruktiv dialoqun aparılmasına xidmət etmir. Bu addımlar Kiyev hakimiyyətindəki bəzi şəxslərin hərkətlərində sərbəstlik illyuziyası yaradır. Belə yanaşma yaxşı heç nə vəd etmir”-deyə Lavrov Kerri ilə görüşün nəticələri barədə danışarıkən deyib.
O bildirib ki, ABŞ-ın Ukraynaın yeni prezidenti Poroşenkoya təsir edəcəyinə ümid edirlər. “Ümid edirik ki, ABŞ-ın bu təsiri gərginliyin aradan qaldırılmasına yönələcək”. Lavrov qeyd edib ki, tərəflər hərbi əməliyytaların dərhal dayandırılmasının vacib olduğunu təsdiq ediblər.
X. SƏFƏROĞLU