Modern.az

“Xəzərdə kefal balıqlarının virusa yoluxması halları yalandır”

“Xəzərdə kefal balıqlarının virusa yoluxması halları yalandır”

6 İyun 2014, 01:00

“Azərbaycanın Xəzər sahili sularında kefal balıqlarının virus xəstəliyinə yoluxması halları qeydə alınmayıb və ərazi epizotik cəhətdən sabitdir”. Modern.az xəbər verir ki, bu sözləri Kənd Təsərrüfatı Nazirliyi  yanında Dövlət Baytarlıq Xidmətinin rəhbəri Yolçu Xanvəli deyib.

Onun sözlərinə görə, İran İslam Respublikasının (İRNA agentliyi) Mazandaran əyalətinin Xəzər dənizi sahillərində kefal balıqlarının ölüm hallarının günbəgün artması, balıqların virusa yoluxması və balıqlarda aşkarlanan xəstəliyin həm insian, həm də heyvanlar üçün təhlükəli olması barədə məlumatlar həqiqəti əks etdirmir.”Dövlət Xidməti martın 5-dən ölkəmizin Xəzər dənizi sahillərində və sahilə yaxın ərazilərində, eləcə də mənsəbi dənizlə birbaşa əlaqəli olan çaylarında nəzarəti tədbirlərini gücləndirib. Həyata keçirilən bu nəzarəti tədbirlər balıqların kürüvermə və dənizə qayıtma dövrlərini əhatə etməklə hər gün müvafiq qurumlarla, eləcə də balıqçılarla əlaqəli şəkildə aparılıb”. “Nəzarət tədbirlər aparılan müddətdə dəniz sahili rayonların hər birindən, xüsusilə ölkəmizin İran İslam Respublikası ilə həmsərhəd olan cənub bölgələrindən gətirilən kefal balıqları Respublika Baytarlıq Laboratoriyasında müvafiq müayinələrdən keçirilir. Və  götürülən nümunələrin heç birində virus xəstəliyi müəyyən edilməyib, eləcə də nəzarəti tədbirlər aparılan müddətdə ölkəmizin dəniz sularında, dəniz sahili ərazilərində və çaylarında nə xəstəlikdən ölmüş, nə də xəstəliyə şübhəli olan balıqlara, o cümlədən kefal balıqlarına təsadüf olunmayıb. Odur ki, nəzarəti tədbirlər iyulun 5-dən yekunlaşdırılacaq”deyə, Y. Xanvəli vurğulayıb.   Modern.az               
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu