Modern.az

SSRİ-ni dəli-divanə etmiş LAMBADA-nın GERÇƏK tarixi

SSRİ-ni dəli-divanə etmiş LAMBADA-nın GERÇƏK tarixi

6 İyun 2014, 01:24

24 il əvvəl bu vaxtlar bütün SSRİ-nin, Azərbaycanın bütün evlərindən “LAMBADA” sədaları yüksəlirdi. Fransanın qaradərili “Kaoma”qrupunun bu hit mahnı –rəqsi qapalı sovet çəmiyyətinin vətəndaşları üçün “yenidənqurmanın” gətridiyi ilk qərb dəyərlərinin nümünələrindən idi. O vaxtın sovet Bakısında taksilərdə, televiziya ekranlarından bu mahnının melodiyalarını eşitmək olardı. Xatırlayırsınız da... Cazibədar bir qız zənci bir oğlanla 4 nəfər qaradərili qadınların müşayəti ilə ehtiraslı şəkildə rəqs edir. Yadda qalan “Ay.ay.. Lambada, Lambada!” nidaları....

Bəs 90-cı illərdə bütün dünyanda xitə çevrilən bir mahnı necə yaranıb? Lambada Braziliyanın şimalında yaranmış müsiqi stili və rəqsidir. Bu rəqs 80-ci illərin lap sonlarında 90-cı illərin əvvələrində Avropada populyar olub. Rəqs stilinin əsasını Amazonka hindularının rəqsi olan “Karimbo”nun hərəkətləri təşkil edir. Bu rəqsin yarandığı yer Braziliyanın Porto-Sequru şəhəri sayılır. “Lambada” sözü portuqal dilindən götürülüb. Braziliyanın radiostansiyalarında işləyən di-ceylər son dərəcə populyar olan mahnıları məhz belə adlandırırdılar. Getdikcə bu ad rəqsin əsl adı olan “Karimbo”nu arxa plana atır. 

80-ci illərin sonunda Port-Seqarda olan fransız prodüseri Olive Lamot yerli karnavalda bu rəqsi müşahidə edir və dərhal bundan Avropada pul qazamağın mümkün olduğunu başa düşür. Fransaya qayıdan Lamot Cənubi Amerika mənşəli 4 qaradərili müğənni ilə “Kaoma” pop-qrupu yaradır. 1989-cu ildə “Lambada” mahnısı onların ifasında lentə alınır. Nəticədə “Lambada” ABŞ-da və Avropada ən hit mahnıya çevrilir. Bu rəqs başgiccələndirici şöhrət taparaq bütün dünyaya yayılır.

 

  X. SƏFƏRLİ

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu