“Xəstəxanadan axşam gətirmişik, evdədir, pis də deyil, yaxşı da deyil. Ürək və ağciyər çatışmazlığından əziyyət çəkirdi.” Bunu Modern. az saytına açıqlamasında səhhətində problem yaranan xalq artisti, məşhur kaman ifaçısı Habil Əliyevin qızı Vəfa xanım bildirib. Qeyd edək ki, qocaman sənətkar üç gün bundan qabaq nəfəsalma və ağciyər çatışmazlığından əziyyət çəkdiyi üçün xəstəxana şəraitində müalicə olunurdu. Qızı Vəfa Əliyevanın dediyinə görə, Habil Əliyev hazırda ev şəraitində nəzarət altındadır:
“Həkimlər oksigen verilməsinə ehtiyac gördülər. Üç gün xəstəxanada qaldı sonra evə gətirdik. O bilirsiniz necə adamdır? Xəstəxanada çox darıxdı. Evindən başqa heç yanda qalmaq istəmir. Elə lazımi tibbi ləvazimatları da evə gətirdik. Kürəkəni və yaxın qohumu həkimdir. Elə onlarla bərabər hamımız Habil müəllimə nəzarət edirik“.
Elmin Nuri