Modern.az

Məleykə Abbaszadə: “Buraxılış imtahanları üçün 77 mərkəz ayrılıb”

Məleykə Abbaszadə: “Buraxılış imtahanları üçün 77 mərkəz ayrılıb”

6 İyun 2014, 11:57



“Orta ümumtəhsil müəssisələrinin XI siniflərində təhsil alan şagirdlərin buraxılış imtahanlarının keçirilməsi üçün Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda ümumilikdə 77 imtahan mərkəzi ayrılıb”. Modern.az xəbər verir ki, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə deyib. Onun sözlərinə görə, imtahan Bakı şəhərində 64, Sumqayıt şəhərində 7, Abşeron rayonunda isə 6 binada aparılacaq. Həmin gün Bakı şəhərində 23 min 755, Sumqayıt şəhərində 3 min 359, Abşeron rayonunda isə 1881 nəfər şagird imtahanda iştirak edəcək.

“Lənkəran, Quba, Gəncə, Mingəçevir, Qusar, Xaçmaz, Zaqatala, Balakən rayonlarının rus bölməsi şagirdlərinin buraxılış imtahanları üçün adı çəkilən şəhərlərin hər birində 1 imtahan mərkəzi yaradılıb. İyunun 8-də həmin şəhərlərin orta ümumtəhsil müəssisələrinin rus bölməsinin IX sinfində təhsil alan 1605 nəfər şagird, 1365 nəfər isə XI sinif şagirdi imtahan verəcək. İmtahanların idarə edilməsi üçün ümumilikdə 344 imtahan rəhbəri, 3190 nəzarətçi-müəllim ayrılıb”.

Rafiq Qənbərov

Sizə yeni x var
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu