Modern.az

TQDK sədri: “Sınaq imtahanlarında ən yüksək nəticə III qrupda olub”

TQDK sədri: “Sınaq imtahanlarında ən yüksək nəticə III qrupda olub”

6 İyun 2014, 12:49

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bu gün keçirilən mətbuat konfransında sınaq imtahanlarında iştirak edən abituriyentlərin göstəricilərini açıqlayıb. Modern.az-ın məlumatına görə, o bildirib ki, sınaq imtahanlarında ən yüksək nəticə III qrupda olub. Belə ki, bu qrupda sınaq imtahanında iştirak edən abituriyentlərin 50%-dən çoxu 282 bal toplayıb: “I qrupda abituriyentlərin 50%-dən çoxu – 200 bal, II qrupda 50%-dən çoxu – 252, IV qrupda isə 50%-dən çoxu – 232 bal yığıb”.

Ən yüksək bal toplayan abituriyentlərə gəlincə isə onların nəticələri barədə M. Abbaszadə bunları deyib: “I qrupda 13 abitueriyent 680-700 bal toplayıb. Digər qruplara gəlincə isə II qrupda 680-700 bal toplayanların sayı 4 nəfərdir. III qrupda bu göstərici 9 nəfər, IV qrup isə 28 nəfərdir”.

Rafiq Qənbərov

 

 

 

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu