Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Parisdə keçirilən Ümumdünya Qadın Sammitində iştirak edir.
Modern.az xəbər verir ki, sammit qadınların iqtisadi inkişaf sahəsində mövcud olan praktik strategiyaları və ən yaxşı təcrübəni araşdırmaq məqsədilə keçirilən biznes və hökümət liderlərinin beynəlxalq formudur.
24-cü ilini qeyd edən forumun əsas iştirakçılarını biznes, hökümət və vətəndaş cəmiyyətinin nümayəndələri təşkil edir.
Sammitdə Fransanın Qadın, Gənclər, Şəhər və İdman naziri xanım Najat Vallaud Belkacem, Kosova prezidenti xanım Atifete Jahjaga, Vyetnamın vitse-prezidenti xanım Nguyen Ti Doan, Malaziyanın birinci xanımı Datin Paduka Seri Rosmah binti Mansor, Kanadanın Əmək və Qadınların Statusu üzrə naziri xanım Kellie Leitch, İslandiyanın Daxili İşlər naziri xanım Hanna Birna Kristjansdottir,Yeni Zelandiyanın Sosial İnkişaf naziri xanım Tariana Turia, Mərakeş Krallığının Həmrəylik,Qadın, Ailə və Sosial İnkişaf naziri xanım Bassima Hakkaoui və digər ölkə liderləri iştirak edir.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Azərbaycan Respublikasında qadın sahibkarlğının genişləndirilməsi və ölkəmizin bu sahədə əldə etdiyi nailliyətlər mövzusunda çıxış edib, Yoxsulluğun Azaldılması və Davamlı İnkişaf üzrə Dövlət Proqramı və Sahibkarlığa Kömək Milli Fondunun qadın sahibkarlara ayırdığı maliyyə kreditləri, eləcə də Mərkəzi Asiya Ölkələrinin iqtisadiyyatı üzrə Xüsusi Proqram (SPECA) çərçivəsində qadın sahibkarlığının inkişafı üzrə keçirilən beynəlxalq konfransların verdiyi müsbət nəticələr barədə statistik məlumatlar qonaqların diqqətinə çatdırılıb.
Bundan başqaHicran Hüseynova Böyük Britaniyanın Məşğulluq naziri xanım Ester Mcvey, Qadın Məsələləri üzrə naziri xanım Niki Morqan, Qazaxıstan Respublikasının Qadın və Ailə Məsələləri üzrə Milli Kommisiyasının sədri xanım Məhəbbət Bekbosynova, Sloveniya Respublikasının Əmək,Ailə,Sosial Məsələlər və Bərabər İmkanlar naziri xanım Anja Mrak, Polşa Respublikasinin Bərabər İmkanlar üzrə Dövlət katibi xanım Aqnieszka Kozlovska – Rajeviç, Mərakeş Krallığının Həmrəylik,Qadın, Ailə və Sosial İnkişaf naziri xanım Bassima Hakkaoui, BƏƏ-in dövlət naziri xanım Maita Salem Al Şəmsi, ÇXR-ın Qadınlar Federasiyasının vitse prezidenti xanım Meng Xiaosi, Vyetnamın vitse prezidenti xanım Nguyen Thi Doan və bir sıra digər ölkə rəsmiləri ilə ikitərfli görüşlər keçirib.
Modern.az