Modern.az

Kolleclərə sənəd verənlərin sayı azalıb – 22 min nəfər

Kolleclərə sənəd verənlərin sayı azalıb – 22 min nəfər

Təhsil

6 İyun 2014, 13:32


“Orta ixtisas məktəblərinə qəbul qaydaları asanlaşıb”. Modern.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə deyib.

O bildirib ki, ötən il orta ixtisas məktəblərinə 40 min, bu il isə 22 min nəfər sənəd verib: “Onlardan da 10 mini əvvəlki illərin məzunudur. Əvvəlki illərin məzunları iyunun 12-ə dək sənəd verməlidir ki, iyunun 29-da imtahanda iştirak edə bilsinlər. Bu ilin məzunları isə yalnız buraxılış imtahanı verməlidir. Amma onlar elektron ərizəni doldurmalıdır. Bu şəkildə yalnız 10-11 min adam sənəd verib. İyunun 12-nə az vaxt qalıb. Bu proses bitəndən sonra ərizə qəbul edilməyəcək. Müxtəlif texnikumlarda isə qabiliyyət imtahanı tələb olunur. Qabiliyyət imtahanı veriləcək ixtisaslardan biri təsviri incəsənətdir. Ötən il bu ixtisasda 2341 nəfər, bu il isə 1279 nəfər qeydiyyatdan keçib. Bu il azalma müşahidə olunub. Bəzi valideynlər imtahanların nəticəsini gözləyir. Qərar versin ki, imtahandan sonra şagird məktəbdə təhsilini davam etdirəcək, yoxsa orta ixtisas məktəblərinə gedəcək?!”.  

Rafiq Qənbərov
 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu