Modern.az

Poroşenkonun Kiyevdəki andiçməsinə Azərbaycandan iki rəsmi şəxs gedir

Poroşenkonun Kiyevdəki andiçməsinə Azərbaycandan iki rəsmi şəxs gedir

Təhsil

6 İyun 2014, 13:52

Sabah Ukraynanın yeni seçilmiş prezidenti Pyotr Poroşenkonun andiçmə mərasimi olacaq. Mərasimə bir çox ölkələrin dövlət və hökumət başçıları qatılacaq. İnauqurasiya mərasimində Azərbaycanı təmsil edəcək rəsmi şəxslərin adları da artıq məlumdur.

Modern.az saytı xəbər verir ki, andiçmə mərasimində Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov və millət vəkili Çingiz Əsədullayev də iştirak edəcək.

Qeyd edək ki, mayın 25-də keçirilmiş növbədənkənar prezident seçkilərində P.Poroşenko seçici səslərinin 54,7%-ni toplayıb.

Ulduz İBRAHİMOVA

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu