Modern.az

Fuad Muradov Milli Məclisdə seçiciləri qəbul edib

Fuad Muradov Milli Məclisdə seçiciləri qəbul edib

Təhsil

6 İyun 2014, 14:19

Səbail rayonu 29 saylı seçki dairəsindən Milli Məclisə deputat seçilmiş Fuad Muradov parlamentdə seçiciləri ilə görüşüb. Modern.az xəbər verir ki, təmsil etdiyi dairədə yaşayan vətəndaşları qəbul edən millət vəkili onların problemlərini dinləyib. Deputata ünvanlanan müraciətlər arasında əsasən iş, mənzil, qeydiyyat, sənədləşmə və sair problemlər üstünlük təşkil edib.

Seçicilərinin problemlərini  və təkliflərini  dinləyən deputat bir sıra məsələləri yerindəcə həll edib. Müraciət etmiş digər seçicilərdən isə aidiyyəti orqanlara yönləndirilməsi üçün ərizə və şikayət məktubları götürülüb. Deputat F.Muradov seçicilərin ona ünvanladığı bütün müraciətləri nəzarətdə saxlayacağını və həllinə köməklik göstərəcəyini bildirib.


 

 

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu