Modern.az

Deputat Aydın Mirzəzadə Habil Əliyevə zəng edib

Deputat Aydın Mirzəzadə Habil Əliyevə zəng edib

Təhsil

6 İyun 2014, 14:37

“Xalq artisti Habil Əliyevin ailəsinə zəng etdim. İstedadlı sənətkarımız Habil Əliyevin səhhəti ilə bağlı xəbərlərdən narahat oldum. Habil müəllimlə tanışıq, onun sənətinin vurğunlarından biriyəm. Vaxtaşırı zəngləşirdik, onun ifasının xalqımızın mədəni sərvətinin bir hissəsi olduğunu ona deməkdən zövq alırdım“.
Bunu deputat Aydın Mirzəzadə deyib.

Modern.az xəbər verir ki, millət vəkili xalq artistinin hazırkı  durumundan narahatdım:
“Bu gün ailəsi ilə danışdım. Evdə müalicə aldığını, müvafiq müalicə kursu keçdiyini bildirdilər. Səhiyyə Nazirliyindən ona diqqət edirlər. Habil müəllimin qardaşının yas mərasimində özünü qorumayıb, stress də özünü göstərib. Allah şəfa versin, o Azərbaycan xalqının fəxridir.”

Elmin Nuri

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu