Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2013/2014-cü tədris ilində Təhsil Nazirliyi və şəhər (rayon) təhsil şöbələrində fəaliyyət göstərən psixoloji-tibbi-pedaqoji komissiyaların qərarı əsasında buraxılış imtahanlarından azad edilmiş şagirdlərin siyahısını açıqlayıb.
Modern.az saytı xəbər verir ki, siyahı TQDK-nın internet saytında yerləşdirilib. Siyahı ilə burdan //eservices.tqdk.gov.az/sagirdtest/azad.aspx tanış olmaq mümkündür.