Modern.az

Azərbaycanda ilk dəfə uzaqdan idarə edilən maşınların çempionatı keçirilib – FOTOLAR

Azərbaycanda ilk dəfə uzaqdan idarə edilən maşınların çempionatı keçirilib – FOTOLAR

Təhsil

6 İyun 2014, 16:24


Azərbaycanda İlk dəfə olaraq `` Radio Controlled CARS`` çempionatı layihəsini  həyata keçirilib. Bu layihə Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun elan etdiyi  IV qrant müsabiqəsinin qalibi olmuş Ülvi Adgözəlov tərəfindən reallaşdırılıb.

Modern.az xəbər verir ki, yarışma formatında baş tutmuş çempionatda əsas məqsəd iştirakçıların start nöqtəsindən çıxdıqdan sonra əvvəlcədən müəyyən olunmuş maneələri keçərək iki dəfə dövr edib, qısa zamanda finiş nöqtəsinə  çatmaq olub. Çempionatın qalibləri kubok,medal və sertifikatla təltif olunub. Çempionatın qalibi isə Fəxri Əsədov olub. 2-ci Emin Cavadzadə, 3-cü Zaur Məmmədov tutub.

İştirakçılar arasında on ən yaxşı nəticə göstərənlər sertifikatla mükafatlandırılıb. Layihədə 100-ə yaxın gənc iştirak edib. Gənclər arasında xüsusi marağa səbəb olan yarışmanın gələcəkdə də keçirilməsi qərara alınıb.

Yarışda iştirak edən avtomobillər uzaqdan idarə edilən 1: 10 miqyasında oyuncaq avtomobillərdən istifadə edilib.


 

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu