Qocaman yazıçı, pedaqoq, filologiya elmlər namizədi, erotik məzmunlu kitabları ilə tanınan| Allahverdi Eminov Azərbaycan Yazıçılar Birliyinin qarşıdan gələn qurultayı haqqında danışıb. Yazıçı Modern.az-a açıqlamasında yada salınmamasından narazılıq etsə də, qurultayda iştirakını qeyd edib:
“Oranın üzviyəm. məni heç axtaran da yoxdur. Amma mən orda iştirak edəcəyəm. Məni arayıb axtarmasalar da narazı deyiləm. Kimi seçəcəklər, kimi seçməyəcəklər onu deyə bilmərəm. Amma mən o qurultaydan demokratik nəsə gözləmirəm”.
Elmin Nuri