Modern.az

Audit yoxlamalarının nəticələri Milli Məclisə göndərilib

Audit yoxlamalarının nəticələri Milli Məclisə göndərilib

Təhsil

6 İyun 2014, 17:37


Hesablama palatasından Modern.az-a verilən məlumata görə, ötən gün keçirilən Kollegiya iclasında dövlət büdcəsindən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geologiya Kəşfiyyat Xidmətinə, Göyçay rayon İcra Hakimiyyətinə, həmçinin dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşundan Zərdab Rayon İcra Hakimiyyətinə ayrılan vəsaitlərin istifadəsinə dair həyata keçirilmiş audit tədbirlərinin nəticələri üzrə Hesabat və Rəylər geniş müzakirə olunaraq müvafiq qərarlar qəbul edilib. Müvafiq zəruri tədbirlərin görülməsi və nəticələri barədə Hesablama Palatasına məlumatların verilməsi üçün Kollegiya Qərarının aidiyyəti dövlət qurumlarına göndərilməsi, eyni zamanda audit tədbirlərinin nəticələri barədə məlumatların qanunvericiliklə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikasının Milli Məclisinə təqdim olunması qərara alınıb.

  Eyni zamanda, dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşundan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” üzrə səhiyyə obyektlərinin tikintisinə və əsaslı təmirinə, dövlət büdcəsindən Sabunçu rayon İcra Hakimiyyətinin tabeliyində olan idarə, müəssisə və təşkilatlara, həmçinin Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Bakı Şəhər Yollarının İstismarı İdarəsinə ayrılan vəsaitlərin istifadəsinə dair Audit proqramları müzakirə edilərək təsdiq olunub.  

Gültəkin Ələsgər

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu