Modern.az

“Qanun” nəşriyyatı sabah aksiya keçirəcək

“Qanun” nəşriyyatı sabah aksiya keçirəcək

Təhsil

6 İyun 2014, 17:44


“Qanun” nəşriyyatı sabah Nizamı 91 ünvanında növbəti dəfə kitab yarmarkası keçirəcək. Modern.az-ın məlumatına görə, yarmarkanı keçirməkdə məqsəd “Qanun”un tərcüməçilər, redaktorlar, korrektorlar və kollektivin digər əməkdaşlarına olan borcunu qismən də olsa ödəməkdir: “Kitaba və nəşriyyatımıza dəstək olmaq istəyənləri sabahkı yarmarkaya dəvət edirik”. 

Qeyd edək ki, Vergilər Nazirliyi apardığı vergi yoxlamalarının nəticəsi olaraq "Qanun" nəşriyyatını 150 min manat məbləğində cərimələyib. Bütün lazımı sənədləri nazirlik əməkdaşları tərəfindən götürüldüyündən nəşriyyatın fəaliyyəti iflic olub. 

Modern.az  
Sizə yeni x var
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu