Modern.az

Dələduzluq yolu ilə özgə əmlakını ələ keçirən şəxs həbs edildi

Dələduzluq  yolu ilə özgə əmlakını ələ keçirən şəxs həbs edildi

Təhsil

6 İyun 2014, 17:49


Fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan Bakı şəhər sakini Kənan Muxtarovun yol verdiyi qanun pozuntuları ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.

Prokurorluğun mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, istintaq zamanı K.Muxtarovun “Azərbaycan Lizinq Şirkəti” MMC-yə məxsus istilik sistemlərinin ayrı-ayrı şəxslərə satılmasına dair saxta alqı-satqı müqavilələrinin rəsmiləşdirilməsinə nail olmaqla ümumilikdə 356 min manat məbləğində külli miqdarda özgə əmlakını, həmçinin MMC-yə məxsus 13 min manat dəyərində istilik avadanlığını aldatma yolu ilə ələ keçirməklə cəmiyyətə külli miqdarda ziyan vurmasında şübhələr üçün əsaslar olduğundan ona Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) maddəsi ilə ittiham elan edilməklə məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. Hazırda iş üzrə istintaq davam etdirilir.   Modern.az  
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu