Modern.az

Cəmil Çiçək Bakıya gəlir

Cəmil Çiçək Bakıya gəlir

Təhsil

6 İyun 2014, 18:03


TürkPA-ya sədrlik Türkiyədən Azərbaycana keçəcək.

Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçək iyunun 11-də Azərbaycana gələcək. Türkdilli ölkələrin Parlament Assambleyasından APA-ya verilən məlumata görə, C. Çiçək qurumun Bakıda keçiriləcək V plenar sessiyasında iştirak etmək üçün Azərbaycanda səfərdə olacaq. Plenar sessiya iyunun 12-13-də keçiriləcək. Toplantıda TürkPA-nın illik fəaliyyəti təhlil ediləcək. Təşkilat katibliyinin ötən ilin büdcəsinin icrasına dair hesabatları dinləniləcək, təşkilati məsələlərə, o cümlədən TürkPA katibliyinin 2015-ci il üçün büdcə layihəsinə baxılacaq, təşkilatın VI plenar sessiyasının vaxtı və yeri müəyyən olunacaq. V plenar sessiyanın yekunları üzrə Bakı Bəyannaməsi qəbul ediləcək. Sessiyaya MDB Parlamentlərarası Assambleyasının nümayəndə heyəti də qatılacaq. Türkdilli Ölkələrin Parlament Assambleyasına (TürkPA) sədrlik Türkiyədən Azərbaycana keçəcək.    Modern.az  
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu