Modern.az

"Qadınlar üçün intellektual klub"da təlimlər başladı

"Qadınlar üçün intellektual klub"da təlimlər başladı

Təhsil

6 İyun 2014, 21:41
Azərbaycanın intellektual xanımlarını birləşdirən "Qadınlar üçün intellektual klub"da bu gün karyera quruculuğu və natiqlik sənəti ilə bağlı təlimlərə start verilib.
İlk iki məşğələdə iştirakçılara karyera quruculuğu barədə fundamental həqiqətlər, əsas alqoritmlər, özünü ifadə etmək bacarığı, nitq hazırlama və natiqliyin sirrləri öyrədilib. Qeyd edək ki, sözügedən klub «Qadın Liderliyi Uğrunda» İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə "Azərbaycanda insan kapitalının inkişafı uğrunda: Qadınlar üçün intellektual klubun yaradılması" layihəsi çərçivəsində yaradılıb.
Bu təsisatda məqsəd ölkənin intellektual qadın potensialını vahid mərkəzə toplayaraq, onları müvafiq istiqamətlərdə maarifləndirərək ölkəmiz və xalqımız üçün faydalı olacaq qüvvəyə çevirməkdir.



Modern.az


Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu