
Prezident İlham Əliyev Azərbaycanda heyvandarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Modern.az xəbər verir ki, sərəncama əsasən, prezidentin ehtiyat fondundan xaricdən damazlıq heyvanların idxalı və heyvandarlıqla məşğul olan kənd təsərrüfatı məhsulları istehsalçılarına 50 faiz güzəştlə lizinq yolu ilə satılması üçün “Aqrolizinq” ASC-yə 13,5 milyon manat, habelə Süni Mayalama Mərkəzinin yenidən qurulması və bu sahədə müvafiq tədbirlərin həyata keçirilməsi üçün Kənd Təsərrüfatı Nazirliyinə 1,5 milyon manat ayrılıb. Sərəncama görə, Maliyyə Nazirliyi müvafiq məbləğdə maliyyələşməni təmin etməlidir.