Zorlama hallarının tüğyan etdiyi Hindistanda nazirlərdən biri bununla bağlı qalmaqallı açıqlama verib. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Hindistanın Madya Pradeş ştatının daxili işlər naziri Babubal Qaur zorlama hallarına haqq qazandıran açıqlama verib. “Bu qadın və kişiyə bağlı olan sosial bir günahdır. Bu, bəzən doğru, bəzən isə yanlış ola bilər. Zorlama ilə bağlı şikayət edilməsə, heç bir şey edilə bilməz”,-deyə nazir bildirib.
Qeyd edək ki, Hindistanda zorlama halları vüsət alıb. Bu yaxınlarda isə iki qız zorlandıqdan sonra ağacdan asılmışdı. Bu, ölkədə ciddi narazılıq yaradıb.Modern.az