“Rusiyanın Azərbaycana yaxınlaşması, prezidentlərin görüşləri, Avrasiya İttifaqının yaranması ilə Ermənistan bilərəkdən Naxçıvanla sərhəddə atəşkəsi pozur”.
Bunu Modern.az-a açıqlamasında millət vəkili Eldar İbrahimov deyib.
“Ermənilər Naxçıvanda atəşkəsi pozması siyasi məsələləri yenidən gündəmə gətirmə ilə əlaqədardır. Onların Naxçıvan iddiası çoxdanın xam xəyalıdır. Qarabağdan sonra hədəf muxtar respublikadır”.
Qeyd edək ki, son günlər Naxçıvanda atəşkəs rejiminin pozulması ucbatından bir azərbaycanlı və iki erməni hərbçisi öldürülüb. Sonuncu dəfə Naxçıvanın Ermənistanla sərhədində sabitliyin pozulması bir neçə il əvvəl olub.
Rafiq Qənbərov