Modern.az

Heydər Əliyevin keçmiş iranlı müşaviri danışdı - FOTO

Heydər Əliyevin keçmiş iranlı müşaviri danışdı - FOTO

7 İyun 2014, 12:18

Modern.az saytı xəbər verir ki, İranın azariha.org saytı  birinci Qarabağ savaşı zamanı İranın Azərbaycana köməyi barədə faktlar açıqlanan yazı dərc edib. Sayt həmçinin İranın keçmiş prezidenti Haşimi Rəfsəncaninin savaş illərində Azərbaycana səfəri zamanı mərhum prezident Heydər Əliyevlə birgə Milli Ordunun yaralı əsgərlərini ziyarət etməsini əks etdirən foto da yayıb.

Fotoda 1989-2005-ci illərdə İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi olmuş hazırkı ölkə prezidenti Həsən Ruhani də görünür.  İran nəşri  həmin fotonu  o dövrdə İran İslam İnqilabı Keşikçiləri Korpusunun komandirlərindən biri olmuş Mənsur-Həqiqətpurun şəxsi saytından götürüb.

Mənsur Həqiqətpur yazır: ”Qarabağ savaşı illərində mən Azərbaycanın sabiq prezidenti Heydər Əliyevin xüsusi məsləhətçisi olmuşam... Hətta bir dəfə hərbi parad zamanı o mənə dedi ki, səni Azərbaycanın “Şərəf” ordeni ilə mükafatlandırmaq istəyirəm...”.
M.Həqiəqtpurun  sözlərinə görə, o, prezident müşaviri kimi Azərbaycan ordusunun təlimində və silahla təmin edilməsində bilavasitə iştirak edib.

Xatırladırıq ki, ötən il hazırda  İran İslam Şurası Məclisinin deputatı olan doktor M.Həqiqətpurla  MM üzvü Siyavuş Novruzov arasında virtual savaş yaşanmış, hətta iranlı həmkarı S.Novruzovu Araz sahilinə duelə çağırmışdı.

Sultan Laçın

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu