Ukrayna Ali Radasında yeni seçilən prezident Pyotr Poroşenkonun inauqurasiya mərasimi başlayıb. Modern.az-ın Ukrayna mətbuatına istinadən verdiyi xəbərə görə, Poroşenkoya rəsmən prezident vəsiqəsi təqdim olunub. Bundan sonra o and içib. İnauqurasiya mərasimində Ukraynanın keçmiş üç prezidenti – Leonid Kravçuk, Leonid Kuçma və Viktor Yuşşenko da iştirak ediblər. Zalda Ukrayna qəhrəmanı olan Poroşenkonun atası Aleksey İvanoviç də olub.
Modern.az