Modern.az

Poroşenkonun inauqurasiya mərasimində əsgərin ürəyi getdi - VİDEO

Poroşenkonun inauqurasiya mərasimində əsgərin ürəyi getdi - VİDEO

7 İyun 2014, 13:13


Ukraynanın yeni seçilmiş prezidenti Pyotr Poroşçenko and içmək üçün Ali Radaya daxil olarkən qırmızı xalça boyu düzülmüş fəxri qaravulun əsgərlərindən biri silahını yerə salıb.

Modern.az Ukrayna mətbuatına  istinadən xəbər verir ki, Poroşenko Radanın qapsıına yaxınlaşanda yaxında dayanan əsgərlərdən biri öncə silahını yer salıb, daha sonra isə özü də yerə doğru əyilib. Özünü qəfildən pis hiss edən əsgər dərhal ərazidən uzaqlaşdırılıb.

“Pyotr Poroşenko Ali Radaya gəlib. Qırmızı xalça ilə gedən zaman fəxri qaravul bölüyünün əsgərlərindən biri silahını salıb, sonra isə səndələyərək az qala yıxılırdı. Görünür ki, Günəşin altında 1 saat dayandıqları üçün əsgəri gün vurub”-deyə əfqan əsilli ukraynalı jurnalist Mustafa Nayem hadisə yerindən xəbər verib.  



Modern.az
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu