Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyanın İrəvan hökumətini ittiham etdiyi məqaləsinə baş nazir Ovik Abramyan sərt reaksiya verib. Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, O. Abramyan keçmiş dövlət başçısının Serk Sərkisyan hakimiyyətini tənqid etməsinə kəskin cavab verib.
“Mənə bu məqalə haqqında məlumat verdilər. Bu, alçaqlıqdır. Bu gün insanlar simvollar və nüfuzların öz həyatlarında olmasına ehtiyac duyurlar. Bir neçə il bundan əvvəl prezident kürsüsündən düşüb və indi həmin pilləyə qalxa bilmir. Doğrudanmı, dövlət başçısı postun tərk etməklə prezidentlik postunu belə alçaltmaq olardı? O, bir çox yanlış fakt bəyan edir və hökuməti soyğunçuluqda ittiham edir. Bəzi nəşrlər də onun fikirlərinə istinad edir. Bu, tülkünün öz quyruğunu şahid kimi çağırmasıdır. Soyğunçunun əcdadı hər yerdə öz şəxsi maraqlarını irəli çəkmək üçün soyğun axtarmağa çalışır. Ayıbdır! Bundan heç nə çıxmayacaq”,-deyə O. Abramyan bildirib.
Qeyd edək ki, Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın ilur.am saytında Sərkisyan iqtidarını sərt şəkildə tənqid edən məqaləsi dərc olunub.
Aqşin Kərimov