Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında iyunun 08-də hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub küləyi günün ikinci yarısında mülayim şimal küləyi ilə əvəz olunacaq.
Havanın temperaturunun gecə 17-22, gündüz 29-34 dərəcə isti olacağı gözlənilir.