Modern.az

“Poroşenko Rusiya ilə münasibətləri normallaşdıracaq” – MÖVQE

“Poroşenko Rusiya ilə münasibətləri normallaşdıracaq” – MÖVQE

7 İyun 2014, 15:45


Bu gün Ukraynanın yeni seçilmiş prezidenti Pyotr Poroşenkonun andiçmə mərasimi oldu. Dünyanın bir çox dövlətlərinin iştirak etdiyi inaqurasiyada Rusiya yox idi. Bu, Rusiya üçün nə deməkdir?

Milli Məclisin deputatı, politoloq Asim Mollazadə Modern.az saytına açıqlamasında deyib ki, Ukrayna prezidenti P. Poroşenko Kiyevin Avropa yolundakı səylərini davam etdirəcəyini bəyan edib. Onun sözlərinə görə P. Poroşenkonun prezidentliyi zamanında Ukrayna dövləti güclənməyə başlayacaq.   “Bu ölkədə mövcud olan problemlərin həlli yollar tapılacaq. Ukrayna ilə Rusiya arasında münasibətlər də normal müstəvidə qurulacaq. Münasibətlərin normallaşmasında dünya dövlətləri, beynəlxalq təşkilatlar da maraqlıdır. Bu prosesdə beynəlxalq hüquq normalarının aliliyi də əsas tutulur”,-deyə A. Mollazadə bildirib.  

Aqşin Kərimov

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu