Modern.az

Fövqəladə Hallar Nazirliyi iki qardaşın ölümü barədə xəbər yaydı

Fövqəladə Hallar Nazirliyi iki qardaşın ölümü barədə xəbər yaydı

8 İyun 2014, 16:20

Fövqəladə Hallar Nazirliyi iki qardaşın öülümü barədə məlumat yayıb. Bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Şəki rayonu, Böyük Dəhnə kəndində (rayon mərkəzindən 30 km aralı) 1983-cü il təvəllüdlü Osmanov Ruslan Əbdülrəhman oğluna məxsus "VOLKSWAGEN" markalı minik avtomobili  idarəetməni  itirərək dərəyə  yuvarlanması nəticəsində  yol-qəza hadisəsi  baş verib.  Nəticədə  avtomobilin sürücüsü R.Osmanov  və   sərnişin   (qardaşı) 1988-ci il təvəllüdlü  Osmanov Fəqan Əbdülrəhman oğlu aldıqları  bədən xəsarətlərindən hadisə yerində ölüblər. Yanğınsöndürən-xilasedicilər tərəfindən   meyitlər  avtomobildən  çıxarılaraq     aidiyyatı   üzrə  təhvil  verilmişlər.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu